Kapellodan duyğusal müraciət: "Paolo, Dieqo ilə gününüz xoş keçirmi?"

Kapellodan duyğusal müraciət: "Paolo, Dieqo ilə gününüz xoş keçirmi?"
Məşhur italiyalı çalışdırıcı Fabio Kapello dünyasını dəyişmiş iki ulduza - Dieqo Maradona və Paolo Rossiyə duyğusal müraciət ünvanlayıb.
Fanat.Az xəbər verir ki, 74 yaşlı mütəxəssisin söylədiklərini "Sportfair" belə çatdırıb:
"Yuventus"un məşq bazasından tanıdığım Paolonu sonradan televiziyada çalışdığımız dönəmdə bir insan kimi yenidən kəşf etdim. İndi soruşuram: Paolo, sən məşq edirsən? Orda Dieqo ilə gününüz xoş keçirmi? Yaxşı məşq edin. Gələndə sizi qaçmağa məcbur edəcəm".
60 yaşlı Maradona noyabrın 25-də, 64 yaşlı Rossi dekabrın 9-da həyatla vidalaşıb. Argentinalı əfsanənin ölüm səbəbi ürəyinin həcminin böyüməsi, italiyalı ulduz veterankı ağ ciyər xərçəngi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər