İtaliyalı mütəxəssis Fabio Kannavaro "Bari" klubunu çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, 50 yaşlı italiyalı artıq klubun sahibi Aurelio De Laurentis ilə danışıb. O, mövsümün sonuna qədər "Bari"yə rəhbərlik etmək üçün öz namizədliyini irəli sürüb.
"Bari" hazırda 27 xalla B Seriyasının turnir cədvəlində 15-ci yerdədir.
Mirağa