Litva 1-ci liqasında 22-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi "Jonava” da növbəti matçına çıxıb.
Evdə "Miniya” ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Kamran start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. Komandasının iki qoluna da Quliyev imza atıb. 15 və 61-ci dəqiqələrdə fərqlənən gənclərdən ibarət millimizin üzvü cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.
"Jonava” hazırda 33 xalla 6-cı pillədə qərarlaşıb.
Fanat.Az