Kamran və Eminin növbəti sınağı

Kamran və Eminin növbəti sınağı

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun klubu “Boavişta” bu gün Portuqaliya çempionatında növbəti – 16-cı turun oyununa çıxacaq.

Portu təmsilçisi “Vitoria de Setubal” komandasını qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Hər iki futbolçumuzun əsas heyətdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, 15 oyundan sonra “Boavista” 17 xalla 11-ci, “Vitoria de Setubal” isə 19 xalla 9-cu yeri tutur.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər