Rusiya Kubokunun finalı baş tutub.
Fanat.Az xəbər verir ki, həlledici matçda Premyer Liqanın qalibi olan "Zenit”lə aşağı liqa təmsilçisi "Ximki” qarşılaşıb.
Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” daha güclü rəqibi ilə bacarmayıb. "Zenit” Artyom Dzyubanın 84-cü dəqiqədə penaltidən vurduğu qolla qalib gələrək "qızıl dubl”a imza atıb.
Kamran 81-ci dəqiqədə meydana çıxıb.
"Zenit” tarixində dördüncü dəfə kubokun qalibi olub. Sankt-Peterburq təmsilçisi daha öncə 1999, 2010 və 2016-cı illərdə bu turnirin baş mükafatını başı üzərinə qaldırmışdı.
Fanat.Az