Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Karşıyaka"da vəziyyət gərgin olaraq qalır.
Fanat.az xəbər verir ki, komandanın uğursuz çıxışı azmış kimi, klubun idarə heyətində də fikir ayrılığı yaranıb.
Bu səbəbdən də idarə heyətindən istefaların sayı artıb. Bu, təkcə "Karşıyaka"nın futbol yox, həm də digər idmanı növlərinə aiddi. Mustafa Özkaçar, Kərim Çətin, Devrim Acar, Ali Talak, Onur Güner və Gönül Kırmazın istefasının ardınca klub prezidenti Ali Ertən də seçkilərə gedəcəklərini açıqlayıb.
Belə bir durumda komandanın sabiq prezidenti Fatih Diniz ön plana çıxıb. "Karşıkaya" maddi dəstək verən Ərdal Acarın onunla görüşdüyü bildirilir.
Fanat.az