Kamran Ağayev: 425 gün sonra...

Kamran Ağayev: 425 gün sonra...
Kamran Ağayev uzun fasilədən sonra Topaz Premyer Liqasına qayıdıb. Fanat.az xəbər verir ki, millimizin qapıçısı bu gün "İnter"in heyətində debüt edib.
"Kəpəz"lə oyunun start heyətində yer alan 30 yaşlı qolkiper 425 gündən sonra Premyer Liqada oynamaq imkanı qazanıb. O, çempionatımızda sonuncu dəfə 2014-cü il dekabrın 21-də “Qəbələ” - “İnter” qarşılaşmasında forma geyinmişdi. Həmin vaxt əyalət klubunun formasını geyinən qolkiper indiki komandasına qarşı oynamışdı. “İnter”lə qarşılaşmada rəqibini vurduğu üçün AFFA tərəfindən cəzalanan Kamran cari mövsümün ikinci yarısının ilk 3 matçını da buraxmışdı. “İnter”lə oyundan sonra Türkiyədə legioner həyatı yaşayan qolkiper 1 il 2 aydan sonra “bankirlər”in üzvü kimi “İnter Arena”ya çıxıb.
"Kəpəz"lə oyunun 80-ci dəqiqəsində sarı vərəqə alan Ağayev 432 gün sonra Premyer Liqada cəzalanıb. O, son sarı vərəqəsini 2014-cü ilin 14 dekabrında baş tutan "Qəbələ" - "Qarabağ" oyununda almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər