Gürcüstanın paytaxtı Tiflis futbol bayramına ev sahibliyi edib. Fanat.Az xəbər verir ki, qonşu ölkənin paytaxtında “Milan”ın sabiq müdafiəçisi Kaxa Kaladzenin təşkilatçılığı ilə xeyriyyə matçı keçirilib.
Görüşdə Kaladzenin dostları dünya yığmasıyla üz-üzə gəlib. Oyun dünya yığmasının 6:5 hesablı qələbəsi ilə başa çatıb.
Kaladzenin dostları - Dünya yığması - 5:6
Qollar: İaşvili, Kafu, Kuranyi, Demetradze, Şevçenko - Toni (2), Salqado, Rivaldo, Totti, Delvekkio
Kaladzenin dostları: Rossi (Abbyatti), Kafu, Kostakurta (Favalli), Kaladze, Kordoba, Kobiaşvili (Karbone), Albertini (Amisulaşvili), Boban (Camarauli), Demetradze, Krespo (Kuranyi), Şevçenko, İaşvili
Dünya yığması: Frey, Salqado (Oddo), Annoni, Şimiç (Tassotti), Kandelya, Ambrozini (Di Byacco), Xavyer Zanetti (Dino Bacco), Yankulovski (Di Livio), Rivaldo (Ba), Totti (Zanetti), Toni
Fanat.Az