İsrail Kuboku uğrunda "Bney Şahnin"lə bu axşam keçiriləcək matç Vladan İviç üçün "Makkabi"nin (Tel-Əviv) baş məşqçisi kimi sonuncu olacaq .
Fanat.Az Serbiya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı məşqçi Rusiyanın “Krasnodar” klubu ilə ildə 1,5 milyon avro maaş almağa razılaşıb və cümə axşamı Rusiyaya yola düşəcək.
İviç 2018-ci ildən 2020-ci ilə kimi “Makkabi”də çalışıb, onlarla iki çempionluq, bir Kubok və Super Kubok qazanıb. O, “Uotford”dan ayrıldıqdan sonra - iyun ayında iki illik müqavilə imzalayaraq Tel-Əvivə qayıdıb.
Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Kadi Borgesin "Krasnodar"a keçəcəyi gözlənilir.
Mirağa