"Çelsi"nin baş məşqçisi Tomas Tuxel jurnalistlərin səsverməsi nəticəsində ilin ən yaxşı alman məşqçisi seçilib.
Fanat.Az "Bayern & Germany"yə istinadən xəbər verir ki, Tuxeli 129 media mənsubu ən yaxşı hesab edib.
Sonrakı yerləri "Bavariya"nın sabiq çalışdırıcısı Hans-Diter Flik (118 səs) və Dortmund "Borussiya"sının eks-baş məşqçi əvəzi Zoran Terziç (75) tutub.
Xatırladaq ki, mövsümün gedişində "Çelsi"nin baş məşqçi postunda Frenk Lempardı əvəzləyən Tuxelin rəhbərliyi altında "Çelsi" İngiltərə Premyer Liqasını 4-cü pillədə başa vurub. İngiltərə Kubokunun finalında "Lester Siti"yə 0:1 hesabıyla uduzan "zadəganlar" Çempionlar Liqasının finalında "Mançester Siti"ni 1:0 hesabıyla yenərək qitənin ən mötəbər klub turnirinin qalibi adını qazanıb.
Nihat