Jurnalistin qətlini sifariş edən şahzadə ingilis klubuna "elçi" düşdü - Mərhumun xanımı aranı qatdı

Jurnalistin qətlini sifariş edən şahzadə ingilis klubuna "elçi" düşdü - Mərhumun xanımı aranı qatdı

2018-ci ildə mühacirlik üçün Türkiyəyə müraciət edən ərəb jurnalist Camal Haşoqqi cinayətində təqsirləndirilən Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd İbn Salman yenidən "Nyukasl" klubunu almağa cəhd edib. 

Fanat.Az "The Telgraph" nəşrinə istinadən xəbər verir ki, İbn Salman hələ keçən il İngiltərəyə gələrək klub rəsmiləri ilə görüşməyi planlaşdırırdı. Amma yerli əhali onu insan haqlarını pozmaqda və Camal Haşoqqinin ölümündə günahkar bilərək buna etiraz etmişdi. 

Jurnalistin qətlini sifariş edən şahzadə ingilis klubuna "elçi" düşdü - Mərhumun xanımı aranı qatdıCamal Haşoqqi

Səudiyyə Ərəbistanı vətəndaşı Haşoqqi yazılarında İbn Salmanın fəaliyyətini tənqid edib və müxalifətçiləri bəyənmədiyinə görə onları öldürməkdə ittiham edirdi.

Məruz qaldığı təzyiqlərə görə jurnalist Ər-Riyaddan getmək məcburiyyətində qalmışdı. Mühacirlik üçün Türkiyəyə müraciət edən Camal Haşoqqi 2 oktyabr 2018-ci ildə müəmmalı şəkildə yoxa çıxır. Aparılan araşdırmalar nəticəsində jurnalistin Türkiyədə vəhşicəsinə öldürüldüyünü təsbit edilir. Belə ki, Türkiyədə yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olan Haşoqqi orada öldürülüb və cəsədi parçalanmışdı. Bundan sonra qatillər onun cəsədinin hissələrini konsulluqdan çıxarmağı planlaşdırır.

Jurnalistin qətlini sifariş edən şahzadə ingilis klubuna "elçi" düşdü - Mərhumun xanımı aranı qatdı

Haşoqqinin konsulluğa girdiyi an

Türkiyə xüsusi xidmət orqanları konsulluğa dinləmə cihazları quraşdırdığı üçün qətl planının hazırlanması və icrası tam olaraq qeydə alınır. Ancaq bu yazını yalnız bir neçə nəfər dinləyib. Bu adamlardan ikisi BBC-nin efirində yayımlanan "Panorama" proqramında onun məzmununu danışmağa razı olmuşdu. 

Britaniyalı hüquqşünas, vəkil Helena Kennedi səs yazılarından dəhşətə gəldiyini bildirmişdi:

"Qatilin səsini eşitmək və bütün bunların həqiqətən də baş verdiyini anlamaq qorxuncdur. İnsanın bədənini titrəyiş bürüyür. Onların gülüşləri eşidilirdi. Bu, dəhşətli bir şeydir. İndi ora girəcək adamın öldürüləcəyini bilə-bilə gülərək onu gözləyirdilər."

Jurnalistin qətlini sifariş edən şahzadə ingilis klubuna "elçi" düşdü - Mərhumun xanımı aranı qatdı

Hüquqşünas Helena Kennedi

Jurnalistin qatili Salah əl Tubeyqi hadisədən bir neçə saat qabaq telefonda sifarişçilərlə danışdığı səs yazısı da hüquqşünaslara təqdim olunmuşdu.

Helena Kennedi eşitdiklərini verilişdə danışıb: "Bu, dəhşətli bir dialoq idi. Onların gülümsəyərək müzakirə etdiyini eşidirsən. O, (Salah əl Tubeyqi) deyir ki, cəsədləri doğrayanda adətən musiqiyə qulaq asıram. Əlimdə bir fincan kofe və siqara ilə prosesi bitirirəm"

Jurnalistin qətlini sifariş edən şahzadə ingilis klubuna "elçi" düşdü - Mərhumun xanımı aranı qatdıJurnalistin cəsədini doğrayan pataloqoanatom Salah əl Tubeyqi

Nəticədə Səudiyyə Ərəbistanının ali məhkəməsi qatilə ölüm cəzası təyin edir. Bir müddət sonra isə Tubeyqinin cəzası yüngülləşərək 20 il azadlıqdan məhrumetmə ilə əvəzlənir. 

Yaxın günlərdə Şahzadə Məhəmməd ibn Salman yenidən "Nyukasl" klubunu almağı planlaşdırıb. 

Mərhum jurnalistin həyat yoldaşı, Türkiyə vətəndəşı Hatice Cengiz İPL-ə müraciət edərək şahzadənin əməllərini untmamağa və onunla heç bir iş birliyinə girməməyə çağırıb.

Jurnalistin qətlini sifariş edən şahzadə ingilis klubuna "elçi" düşdü - Mərhumun xanımı aranı qatdıHatice Çengiz

Xatırladaq ki, şahzadə 2019-cu ildə "Mançester Yunayted" klubunu da almağı planlaşdırırdı. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər