"Liverpul"un vingeri Dioqu Jota uzun müddətə sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Record" yayıb.
Xəbərə görə, müayinə zamanı 27 yaşlı portuqaliyalının sol xaçvari diz bağlarının zədələndiyi üzə çıxıb. Mənbə Jotanın 2 ay futbol oynaya bilməyəcəyini açıqlayıb.
Jota İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən matçda - "Brentford"la oyunda (4:1) xəsarət almışdı. Matçın 40-cı dəqiqəsində rəqibin yarımmüdafiəçisi Kristian Nörqor ona qarşı kobudluq etmiş, diz zərbəsindən yıxılan Dioqu meydandan xərəkdə çıxarılmışdı.