Jiru "Los-Anceles"ə keçəcəyi ilə bağlı informasiyalara belə reaksiya verdi

Jiru "Los-Anceles"ə keçəcəyi ilə bağlı informasiyalara belə reaksiya verdi

"Milan"ın hücumçusu Olivye Jiru cari mövsümün sonunda MLS təmsilçisi "Los-Anceles"ə keçəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun dediklərini "Telefoot" belə çatdırıb:

"Şərhsiz! Hələ mövsüm başa çatmayıb. Başqa nəsə deməyəcəm".

Qeyd edək ki, cari mövsüm "Milan" forması ilə bütün turnirlərdə 36 matça çıxan Jiru 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 37 yaşlı fransalının "qırmızı-qaralar"la müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər