"İstəyirəm ki, Avropadakı son klubum..." - Qrizmann hara gedəcək?

"İstəyirəm ki, Avropadakı son klubum..." - Qrizmann hara gedəcək?

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann başqa Avropa klubuna keçmək niyyətində olmadığını deyib.

Fanat.Az xəbər verir ki, "Atletico Universe" onun söylədiklərini belə çatdırıb:

"İstəyirəm ki, Avropadakı son klubum "Atletiko" olsun. Ardından isə başqa yerlərdə futboldan zövq ala bilərəm. Burada oynamağa davam etmək istəyirəm. Komandaya lazım olan səviyyədəyəm. Mənə şans verib-verməyəcəklərini zaman göstərəcək. Təbii ki, burada yaxşı oyunçular çoxdur. Mövsümün gedişində hadisələrin hansı məcrada inkişaf edəcəyi bəlli olacaq”.

Bu mövsüm 32 yaşlı Qrizmann İspaniya La Liqasında 15 oyun keçirib. Bu qarşılaşmalarda 9 qol vuran Fransa millisinin üzvü iki məhsuldar ötürmə müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər