“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Fanat.Az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib: “Futbolçularımı təbrik edirəm. Bu gün bizim üçün önəmli gün idi və qələbə qazanmaq istəyirdik. Yubileydə bu hesabla qalib gəlmək xoşdur. Futbolçularım bəzi məqamları çıxmaq şərtilə hər şeyi düz etdi. Rəqib də yaxşı mübarizə apardı. Seriyamızı davam etdirmək istəyirik. Qarşıda fasilə var. Bu müddətdə zədəlilərimiz də sıraya qayıdacaq. Fasilənin bizə müsbət və ya mənfi təsiri ola bilər. Bunu oyunlar başlayanda biləcəyik. Milli komandalara çox oyunçumuz gedir. Onların necə qayıdacağı da vacibdir. Çempionatın əvvəlində nələr çəkdiyimizi heç kim bilmir. Çox problem yaşadıq. Bəzi əsas futbolçuların gedişi bizə pis təsir etdi. Yavaş-yavaş ayağa qalxmağa çalışırıq. Məni rotasiyalara görə qınayırlar. Amma limitə düşən uşaqlarımız oturuşmuş komandann üzvləri deyillər. Məcbur olub 2-3 dəyişikliyə əl atırıq. Bu gənclər müəyyən müddətdən sonra komandanın əsas üzvü olacaqlar. Çox istərdim, çempionat yenidən başlasın. Sabir Buqrin, Mamadu Kane kimi futbolçuların gedişi bizə çətinlik yaratdı. Əminəm ki, bir yerə gəlib çıxacağıq”.
"İstərdim çempionat yenidən başlasın" - Samir Abasov
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
13:45
23.10.2026
MPL: Şamaxıda heyətlər bilindi, "Zirə" "Sumqayıt"a qarşı - YENİLƏNİR
Azərbaycan futbolu
13:22
23.10.2026
"Sabah" bir addım öndədir" - Şahin Diniyev derbi barədə danışdı
Azərbaycan futbolu
13:02
23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Azərbaycan futbolu
09:28
23.10.2026
Azərbaycan qitədə neçəncidir? - UEFA reytinqi