İsrailin ən titullu məşqçisi dünyasını dəyişdi

İsrailin ən titullu məşqçisi dünyasını dəyişdi

İsrail millisinin sabiq baş məşqçisi Dror Kaştan vəfat edib.

Fanat.Az xəbər verir ki, bu barədə İsrail Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Eyni zamanda, ölkə çempionatları tarixinin ən titullu mütəxəssisi olan Kaştan 80 yaşında dünyasını dəyişib.

Dror Kaştan məşqçilik karyerasını 2013-cü ildə başa vurub. Məşqçi İsrail çempionatında çalışdırdığı klubları rekord sayda - altı dəfə qələbəyə daşıyıb. Dror həmçinin altı dəfə İsrail Kubokunu və üç dəfə İsrail Liqa Kubokunu qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər