Millimizin futbolçusu Eddi İsrafilovun klubu "Ximnastik" İspaniya Sequndasında XXI oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda səfərdə "Rayo Valyekano"nun qonağı olub.
Matç İsrafilovun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Eddi bu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 21 turdan sonra "Ximnastik" 24 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Fanat.Az