İslam Abbasov milli komandadan kənarlaşdırıldı

İslam Abbasov milli komandadan kənarlaşdırıldı
Azərbaycan milli komandasının inzibatçısı İslam Abbasov tutduğu vəzifədən ayrılıb. 
Fanat.Az matc.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin yığmamızın "sükanı arxasına" keçməsindən sonra Abbasov postunu itirib.
Hazırda "Kəpəz" Peşəkar Futbol klubu İctimai Birliyinin İdarə Heyətinin sədr müavini olan Abbasovun Gəncə təmsilçisində qalıb-qalmayacağı sual altındadı.
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, növbəti mövsümdən "Kəpəz"in Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi nəzərdə tutulub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər