"Real Madrid"in sabiq futbolçusu İskonun yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Sevilya"ya keçib.
İnformasiyanı Əndəlüs təmsilçisinin rəsmi saytı yayıb. Müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, bu yay "Real Madrid"dən ayrılan İsko azad agent statusu daşıyırdı.
Nihat