"Barselona"nın baş məşqçisi Kike Setyen La Liqanın 33-cü turu çərçivəsində "Atletiko" ilə oynanılan matçın (2:2) yekunlarını dəyərləndirib.
Fanat.Az "Movistar"a istinadən xəbər verir ki, Setyen komandasının oyunundan məmnun olduğunu bildirib:
"Komandamdan razı qaldım. Bəli, bu gün qələbə qazana bilmədik, amma oyunun nəzarəti bizdə idi. "Atletiko"ya qarşı oynamaq həmişə çətindi. İntizamlı rəqibdən söhbət gedir. Bununla belə, oyunçularımdan məmnunam.
İşimin təhlükə altında olduğunu düşünmürəm. Təbii ki, getdikcə çempionluq yarışından uzaqlaşmaq bizim üçün utancvericidi. Amma çalışmağa davam etməliyik".
Daha öncə "Barselona"nın mövsümün sonuna kimi Setyeni istefaya göndərəcəyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az