İsgəndərlinin komandası xal itirsə də, zirvədə qaldı

İsgəndərlinin komandası xal itirsə də, zirvədə qaldı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 16-cı tur çərçivəsində səfərdə “Teuta” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

İsgəndərli bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib. 

"Eqnatiya" hazırda 34 xalla 1-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər