İsgəndərlinin komandası Superkubok matçında uduzdu

İsgəndərlinin komandası Superkubok matçında uduzdu

Albaniya super kuboku uğrunda oyun keçirilib.

Fanat.Az xəbər verir ki, həlledici oyun son çempion “Partizani” ilə azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası, ölkə kubokunun qalibi “Eqnatiya” üz-üzə gəlib.

Rəqibinə 0:1 hesabıyla uduzan futbolçumuzun komandası növbəti titulunu qazanmaq şansını əldən verib.

Vüsal bu matça start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. O, 71-ci dəqiqədə sarı vərəqə də alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər