"İşə avtobusla gəlib "Bugatti" ilə gedirdim" - Ronaldunun sevgilisi

"İşə avtobusla gəlib "Bugatti" ilə gedirdim" - Ronaldunun sevgilisi

Portuqaliya millisinin və "Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldu və sevgilisi Corcina Rodriqez ilk tanış olduqları vaxtlardan bəhs ediblər.

Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu və sevgilisi bu barədə "Netflix"in çəkdiyi sənədli filmdə danışıblar.

Cütlüyün münasibəti Corcina "Gucci" mağazasında satıcı işlədiyi illərdə başlayıb. Onlar yeni tanış olan vaxtlarda Ronaldu xanımı işdən evə özü aparırmış.

Corcina həmin günləri belə xatırlayır: “Bir gün Ronaldu "Bugatti" ilə məni aparmağa gəldi. İş yoldaşlarım şoka düşdülər ki, bu qız avtobusla gəlib "Bugatti" ilə gedir”.

Ronaldunun isə cavabı belə olub: "Mənim üçün normal idi. Fərqli maşınlarım var. Mən onun arxasınca taksi ilə getməyəcəyəm ki... Bu, gülməli olardı. O, mənim həyatımın qadınıdır, sevgilimdir. Mağazadan çıxırdı. Mən isə dəbdəbəli maşınlarımdan birində onu çöldə gözləyirdim. Otururdu maşınıma və gedirdik evə.

İlk vaxtlar ona aşiq olacağımı düşünməzdim. Düzünü desəm, bunu gözləmirdim. Ancaq bir müddət sonra onun həyatımın qadını olduğunu hiss etdim”.

Qeyd edək ki, Ronaldu və Corcina 2016-cı ildən münasibətdədir. Cütlüyün ümumilikdə 4 uşağı var. Hazırda Corcina hamiləliyinin 4-cü ayındadır.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər