UEFA prezidenti Aleksander Çeferin futbol matçlarının gedişində irqçilik halları yaşanarkən hakimlərin oyunları dayandırmalı olduqlarını bildirib.
Fanat.Az xəbər verir ki, "Relevo" qitə futbol qurumunun başqanının dediklərini belə çatdırıb:
“İrqçilik qeydə alınan zaman hakimlər oyunu dayandırmalıdırlar. Biz bütün dünya stadionlarında bu məsələyə daha da ciddi yanaşmalıyıq. Təklif edirəm ki, birlikdə işləyib Banqkokda keçiriləcək növbəti FİFA konqressində həlledici qətnamə qəbul edək”.
Xatırladaq ki, Çeferin 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir.