"İrəvan"la oyunda iki xal itirməyimizin səbəbi..." - Kənan Kərimov

"İrəvan"la oyunda iki xal itirməyimizin səbəbi..." - Kənan Kərimov

Birinci Liqanın ikinci turunda "İrəvan"ın qonağı olan "Karvan" qolsuz "sülh"ə razılaşdı. Qonaq komandanın baş məşqçisi Kənan Kərimovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini öyrəndik.

Kərimovun Fanat.Az-a açıqlaması belə oldu:     

"Hər iki komanda iddialı idi. Oyunun gərgin mübarizə şəraitində keçəcəyini də bilirdik. Bizi narahat edən məqam zədəli oyunçularımızın olması idi. Gənclərdən çox razıyam. Məğlub ola və ya qalib gələ bilərdik. Yenə də bizi bir xal qane edir. Yaxaladığımız qol imkanları zamanı son nöqtəni qoymaq mümkün olsaydı, yəqin ki, üç xal qazanacaqdıq. İki xal itirməyimizin səbəbi rəqib komandanın qapçısının mükəmməl oynaması idi. Onların qapıçısı bir neçə epizodda real qolun qarşısını aldı. Komandamın oyunundan məmnunam".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər