İranda kişi məşqçi qadınların yarışan baxmaq üçün elə hərəkət etdi ki... (FOTO)

İranda kişi məşqçi qadınların yarışan baxmaq üçün elə hərəkət etdi ki... (FOTO)
İranda qadın idmançılar arasında keçirilən beynədxalq turnir zamanı maraqlı hadisə baş verib. Fanat.Az xəbər verir ki, qadınlar arasındakı yarışlara kişilərin kirişinin qadağan olduğu ölkədə Taylanddan olan məşqçi qeyri-adı yolla daxil olub.
Belə ki, İranın Qorqan şəhərində 10 komandanın iştirakı ilə keçirilən qadınlar arasında 5-ci Qabaddi çempionatında Tayland yığmasının kişi məşqçisi salona girmək üçün başına çadra bağlayıb. Amma özünü gizlədə bilməyib və salondan çıxarılıb.
İran mediasında yayılan fotolardan görünür ki, taylandlı məşqçi ən azı iki dəfə bu üsula əl atıb. İran Qabaddi Federasiyası baş verənlərə görə xalqdan üzr istəyib və qonaq məşqçi ilə bağlı polisə müraciət olunacağını açıqlayıb.
Qeyd edək ki, Hinistanda yarandığı ehtimal olunan Qabaddi idman növü Asiyada geniş yayılıb.
 
İranda kişi məşqçi qadınların yarışan baxmaq üçün elə hərəkət etdi ki... (FOTO)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər