İPL tarixinin ən yaxşı yarımmüdafiəçiləri bilindi - Pol Skoulz 4-cü yerdədir

İPL tarixinin ən yaxşı yarımmüdafiəçiləri bilindi - Pol Skoulz 4-cü yerdədir

"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçilərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Mançester Siti"nin belçikalı ulduzu Kevin De Bröyne bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri sabiq "Liverpul"lu Stiven Cerrard tutubsa, 3-cü pillədə "Çelsi"nin keçmiş oyunçusu Frenk Lempard qərarlaşıb.

"10-luq" isə belə dir:

1. Kevin De Bröyne ("Mançester Siti", "Çelsi"). 2. Stiven Cerrard ("Liverpul"). 3. Frenk Lempard ("Çelsi", "Vest Hem", "Mançester Siti"). 4. Pol Skoulz ("Mançester Yunayted"). 5. Patrik Vieyra ("Arsenal", "Mançester Siti"). 6. Roy Kin ("Mançester Yunayted", "Nottingem Forest"). 7. Rodri ("Mançester Siti"). 8. Fransesk Fabreqas ("Arsenal", "Çelsi"). 9. Yaya Ture ("Mançester Siti").  10. David Silva ("Mançester Siti")

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər