İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu bəlli olub.
Fanat.Az sözügedən çempionatın rəsmi saytına istinadən xəbər verir ki, "Fulhem"in hücumçusu Rodriqo Munis bütün rəqiblərini qabaqlayıb.
Braziliyalı forvard ötən ay Premyer Liqada meydana çıxdığı 4 oyunda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Braziliyanın “Flamenqo” klubunun yetirməsi olan Munis 2021-ci ildən “Fulhem”in uğurları üçün çalışır.