“Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta eks komanda yoldaşı Xavi Ernandesin Kataloniya təmsilçisinə baş məşqçi təyin olunmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, "Instagram"da Xaviyə uğurlar arzulayıb:
“Nə gözəl bir gün. Sənin adına çox sevindim, dostum Xavi. Uğurlar arzulayıram. Ümid edirəm ki, əvvəlki “Barselona”nı yenidən görərik”.
Qeyd edək ki, həm İnyesta, həm də Xavi "Barselona"nın yetirməsidir. Onlar 13 il (2002-2015) birlikdə çıxış ediblər.