İngiltərədə VAR hakimləri cəzalandı

İngiltərədə VAR hakimləri cəzalandı

İngiltərə Premyer Liqasının 7-ci turunun "Tottenhem" - "Liverpul" (2:1) matçında VAR hakimi olan Darren İnqlandla Daniel Kuk cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Hakimlərin 8-ci turda təyinat alşayabağı bildirilir. Halbuki, İnqland və Kukun "Nottinqem Forest" - "Brentford" və "Fulhem" - "Çelsi" oyunlarına təyinatı gözlənilirdi.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 7-ci turunda "Tottenhem"in "Liverpul"la qarşılaşmasında Mersisayd təmsilçisinin futbolçusu Luis Diazın vurduğu təmiz qol matçın baş hakimi tərəfindən qeudə alınmayıb. VAR sistemi də epizoda müdaxilə edilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər