İngiltərədə ötən mövsümün ən yaxşı oyunçusu kim olacaq? - Namizədlər bəllidir

İngiltərədə ötən mövsümün ən yaxşı oyunçusu kim olacaq? - Namizədlər bəllidir

İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) 2023/2024 mövsümünün ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahıda 6 ad var.

Bunlar Erlinq Holand, Rodri, Fil Foden (hər üçün "Mançester Siti"), Martin Edeqor "Arsenal", Koul Palmer ("Çelsi") və Olli Uotkinsdir ("Aston Villa").

Assosiasiya üzvləri arasında keçiriləcək səsvermədən sonra müəyyənləşəcək qalibin adı avqustun 20-də açıqlanacaq.

Qeyd edək ki, 2022/2023 mövsümündə Holand bütün rəqiblərini qabaqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər