İngiltərə nəhənginin iki ulduzu sıradan çıxdı

İngiltərə nəhənginin iki ulduzu sıradan çıxdı

İyulun 28-də "Arsenal"la yoldaşlıq görüşündə qüvvəsini sınayan "Mançester Yunayted" məğlubiyyətdən (1:2) başqa, iki aparıcı oyunçusunu da itirib. 

Fanat.Az xəbər verir ki, müdafiəçi Leni Yoro və hücumçu Rasmus Heylunn sıradan çıxıb.

Yoro üç ay, Heylunn isə azı 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Leni Yoro iyulun 18-də Fransanın "Lill" klubundan "qırmızı şeytanlar"a keçib. “Qırmızı şeytanlar” onun keçidini 62 milyon avroya həll edib, 8 milyon isə bonus ödənişləri kimi nəzərdə tutulub.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının yeni mövsümünə “Fulhem”lə ev oyunu ilə başlayacaq. Oyun avqustun 16-da, “Old Trafford”da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər