Fransanın "Nitsa" klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi "Arsenal"ın hücumçusu Nikolya Pepeni heyətinə qatıb.
27 yaşlı forvardın 2022/2023 mövsümünü icarə əsasında "Nitsa"da keçirəcəyi bildirilib.
Qeyd edək ki, "Arsenal" Pepeni 2019-cu ildə, 80 milyon avro qarşılığında "Lill"dən alıb. Fil Dişi Sahili millisinin də formasını geyinən Nikolyanın "topçular"la olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Nihat