İngiltərə nəhəngi cənubi koreyalını istəyir

İngiltərə nəhəngi cənubi koreyalını istəyir

İtaliyanın "Napoli" klubunun formasını geyinən Kim Min Ce karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az "Mirror" istinadən xəbər verir ki, cənubi koreyalı mərkəz müdafiəçisinin xidmətində "Mançester Yunayted" maraqlıdır.

Xəbərə görə, "qırmızı şeytanlar" Neapol klubunun 40 milyondan aşağı məbləğə satmaq istəmədiyi futbolçunu mövsümün sonunda almağı planlaşdırır. 

Qeyd edək ki, A Seriyası təmsilçisi Kim Min Ceni bu ilin yayında, 18 milyon avro qarşılığında "Fənərbağça"dan transfer edib və onunla 3+1 şərti ilə müqavilə bağlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər