"Ayaks"ın yarımmüdafiəçisi Edson Alvares İngiltərə "Liverpul"unun "radar"ına düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Ben Ceykobs yayıb.
Mənbənin məlumatına sözlərinə görə, Yürgen Kloppun komandası yay transfer pəncərəsində meksikalı ilə müqavilə imzalayacaq.
Mersisaydlılar Alvareslə yanaşı, "Borussiya Dortmund"dan Cud Bellingem və "Vulverhempton"dan Mateus Nunesin də xidmətində maraqlıdır.
Xatırladaq ki, ötən yay Alvaresin "Çelsi"yə keçidi gündəmdə olsa da, "Ayaks" transfer pəncərəsinin son günlərində yarımmüdafiəçini satmaqdan imtina etmişdi.
Mirağa