"Real Madrid"in uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "El Debate" yayıb.
Xəbərə görə, onun xidmətində "Liverpul" maraqlıdır və bu transfer üçün "Kral klubu"na 150 milyon avro ödəməyə hazırdır. Mənbə Valverdenin "Real"ı tərk etmək istəmədiyini, lakin İspaniya nəhənginin təklifi dəyərləndirməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, 25 yaşlı Valverde 2026-cı ildən Madrid təmsilçisinin sistemindədir. Cari mövsüm "Real" forması ilə bütün turnirlərdə 42 matça çıxan cənubi amerikalı 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir.
Nihat