İngiltərə klublarının VAR sistemi ilə bağlı qərarı açıqlandı

İngiltərə klublarının VAR sistemi ilə bağlı qərarı açıqlandı

İngiltərə Premyer Liqa klubları çempionatda VAR sisteminin ləğvi ilə bağlı təklifi müzakirə ediblər.

Fanat.Az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar videotəkrar sisteminin saxlanmasını qərara alıblar. 

İclasda klubların sistemlə işləməyi davam etdirməyə səs verdiyi bildirilir. Onlar həmçinin oyunun və azarkeşlərin işini yaxşılaşdırmaq üçün sistemin təkmilləşdirmələrə ehtiyacı olduğunu vurğulayıblar.

Xatırladaq ki, "Vulverhempton" VAR sistemindən imtina olunmasını təklif etmişdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər