İngiltərədə futbol hakimliyi edən Rayan Atkin homoseksual olduğunu açıqlayıb. Fanat.Az xəbər verir ki, İngiltərə liqalarına təyinat alan ilk homoseksual hakim olacaq.
Rayan Atkin Milli Liqanın Şimal və Cənubi zonalarında əsas hakim, Liqa Kubokunda 4-cü hakim kimi təyinat alacaq. O, öz açıqlamasında "Futbol Federasiyası, Premyer Liqa və İngiltərə Liqa Kubokundan LGBT (Lezbian, Gay, Biseksual Təşkilatı) dəstəyi almaq olduqca önəmli idi" deyib.
1999-cu ildə Plimutda hakimliyə başlayan Rayan Atkin 2009-cu ildə Çempionşipdə yan xətt hakimi kimi təyinat almağa başlayıb. Sonradan əsas hakim olmaq üçün aşağı liqalara qayıdıb.
"Homoseksual olmaq bir oyunun idarəçiliyinə əsla təsir etməycək. Bərabərlikdən danışırıqsa, homoseksual olmağımı açıqlamağım vacibdi. Homofobiya hələ də problem olaraq qalır, amma vəziyyət getdikcə düzəlir" deyə Rayan Atkin bildirib.
İngiltərə Futbol Federasiyası Hakimlərin İnkişaf Proqramının rəhbəri Neale Barri Rayan Atkinin cəsarətindən razı qalıb: "Federasiya Rayanı dəstəkləyir. Bizim vəzifəmiz bütün hakimləri dəstəkləməkdi, inkişaflarına yardımçı olmaqdı".
Fanat.Az