İngilis azarkeşlər həbs edildilər - SƏBƏB

İngilis azarkeşlər həbs edildilər - SƏBƏB

Avropa çempionatında İngiltərə millisini dəstəkləmək üçün Almaniyaya gələn 8 britaniyalı azarkeş həbs edilib.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Kave Solhekol yayıb.

Xəbərə görə, onlar narkotik qəbulu, dava-dalaş və qadağan olunmuş yerlərdə elektrikli skuterlərdən istifadəyə görə saxlanılıblar.

Xatırladaq ki, İngiltərə millisi AÇ-2024-ə Serbiya üzərində qələbə ilə (1:0) start verib. Ardından Danimarka ilə qarşılaşan britaniyalılar 1:1 hesablı bərabərliyə nail olublar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər