"İndi deyə bilərəm ki..." - Levandovski son nöqtəni qoydu

"İndi deyə bilərəm ki..." - Levandovski son nöqtəni qoydu

"Barselona"nın hücumçusu Robert Levandovski cari mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, polşalı ulduz müddəti 2026-cı ilin yayına qədər olan müqaviləsinin sonunadək "Barsa"da qalacağını deyib:

"Barselona"dan ayrılacağımdan söhbət belə, gedə bilməz. Yayda komandanı tərk etməyim mümkün deyil. Hazırda yenə kifayət qədər yaxşı formadayam. Nə qədər ki, formadayam, oynamağa davam edəcəm. İndi onu deyə bilərəm ki, bu, 2026-cı ilə qədər belə olacaq".

Qeyd edək ki, cari mövsüm "Barselona" forması ilə bütün turnirlərdə  43 oyuna çıxan Levandovski 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 35 yaşlı futbolçunun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər