"İnanıram ki, yaxşı nəticə ilə qayıdacağıq" - Voislav Stankoviç

"İnanıram ki, yaxşı nəticə ilə qayıdacağıq" - Voislav Stankoviç

"Neftçi"nin futbolçusu Voislav Stankoviç Kiprdə "Aris"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə keçirilən mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, 35 yaşlı serbiyalı müdafiəçi belə danışıb:

"Oyuna ciddi hazırlaşmışıq və rəqibi yaxşı təhlil etmişik. Buraya nə üçün gəldiyimizi gözəl bilirik. İnanıram ki, sabah Azərbaycana yaxşı nəticə ilə qayıdacağıq". 

Qeyd edək ki, iyulun 21-də "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər