İnam Kərimov Qazaxda gənc ağırlıqqaldıranlarla görüşdü

İnam Kərimov Qazaxda gənc ağırlıqqaldıranlarla görüşdü

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov Qazax rayonunda gənc atletlərlə görüşüb.

Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, görüşdə müxtəlif kəndlərdən olan idmançıların məşq prosesi izlənilib, məşqçilərlə müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini müzakirə olunub.

Bundan əlavə, ağırlıqqaldıranların məşq etdiyi zalların vəziyyəti, idmançıların hazırlıq səviyyələrinin artırılması üçün görüləcək işlər, bu idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər