İlqar Rəhimov yaponların layihəsində iştirak etdi

İlqar Rəhimov yaponların layihəsində iştirak etdi
Yaponiyanın Şika şəhərinin meriyasının "Mədəni mübadilə" layihəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) iştirak edib.
Fanat.Az xəbər verir ki, bu gün "Mədəni mübadilə” layihəsi çərçivəsində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Yaponiyanın Şika şəhərinin şagirdləri qarşısında onlayn formatda çıxış edib. Çıxış zamanı ARMPK prezidenti İlqar Rəhimov iştirakçılara komitə haqqında məlumat verib. O qeyd edib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan Paralimpiya hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər 6 paralimpiya oyunlarında iştirak edib, onlarla medal qazanıblar. İdmançılarımızdan 7 nəfəri paralimpiya çempionlarıdır ki, onlardan da iki nəfəri ikiqat paralimpiya çempionudur. 
Rəhimov bildirdi ki, cari ilin fevral ayında Milli Paralimpiya Komitəsi və Şika şəhərinin meriyası arasında anlaşma memorandumu imzalanmışdır. Memoranduma əsasən azərbaycanlı paralimpiyaçıların "Tokio-2020” Oyunlarına qatılması ərəfəsində Şika şəhərində hazırlıq keçmələri barədə razılıq əldə edilib. İdmançılarımız üçün yaradılan şəraitə görə Komitə prezidenti Şika şəhəri meriyasına təşəkkürünü bildirdi. 
 
Görüşdə iştirak edən Şika şəhərinin təhsil şöbəsinin müdiri Mashima Masatake (SAN) Azərbaycan və Yapon xalqları arasında mədəni mübadilə proqramlarının keçirliməsini vacib olduğunu bildirib, əməkdaşlığı daha da inkişaf etdirmək üçün bu cür görüşlərin mütəmadi xarakter almasının vacibliyini vurğulayıb.
 
Daha sonra Azərbaycan və Yaponiya haqqında hazırlanan videoçarxlar iştirakçılara nümayiş etdirildi. Yekunda idmançılar onlara şagirdlər tərəfindən ünvanlanan suallara cavab verdilər.
 
Görüşdə Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, 2 qat paralimpiya çempionu İlham Zəkiyev, paralimpiya çempionu Oloxan Musayev, taekvondo idman növü üzrə milli komandanın üzvü, dünya və Avropa çempionu Aynur Məmmədova iştirak ediblər.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər