İkinci dövrə rekordla başladı

İkinci dövrə rekordla başladı

Misli Premyer Liqasında mövsümün ikinci dövrəsinin startı məhsuldarlıqla diqqət çəkib.

Fanat.Az xəbər verir ki, IX turda ümumilikdə 19 qol vurulub.

Bu isə 2023/2024 mövsümünün məhsuldarlıq rekordudur. Orta məhsuldarlıq 3,8-ə bərabərdir.

Bu turda "Neftçi" "Səbail"i (4:2), "Sabah" "Sumqayıt"ı (3:1), "Araz-Naxçıvan" "Qəbələ"ni (4:1) məğlub edib. "Turan-Tovuz" - "Qarabağ" (2:2) və "Kəpəz" - "Zirə" (0:0) görüşlərində qalib müəyyənləşməyib.

Daha əvvəl ən çox qol I turda (15 qol) vurulub. Həmin vaxt orta məhsuldarlıq 3-ə bərabər olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər