İki turdan sonra "üçhakimiyyətlik"

İki turdan sonra "üçhakimiyyətlik"

Naxçıvanda şahmat üzrə kişilər arasında Azərbaycan çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, ötən gün yarışda ikinci turun görüşləri baş tutub. Açılış turunda olduğu kimi, bu dəfə də favoritlərin əksəriyyəti partiyalarını qələbə ilə yekunlaşdırıb. Vasif Durarbəyli, Aydın Süleymanlı və Misrətdin İsgəndərov isə ardıcıl ikinci qələbələrini qazanaraq turnir cədvəlində liderlər qrupunda qərarlaşıblar.

Qeyd edək ki, 24 şahmatçının qatıldığı Azərbaycan çempionatına fevralın 18-də yekun vurulacaq. Yarışda ilk 4 yeri tutanlar mart ayında Sloveniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər