İki klubdan Neymar üçün fantastik təklif: 500 milyon avro

İki klubdan Neymar üçün fantastik təklif: 500 milyon avro
PSJ-nin "Barselona"dan 222 milyon avroya transfer etdiyi Neymarın müştəriləri artır. Fanat.Az xəbər verir ki, "Real"ın ardınca "Mançester Yunayted" də braziliyalı ulduzu transfer etmək üçün hərəkətə keçib.
Bu barədə Fransanın "Le 10 Sport" portalı xəbər yayıb. İddia olunur ki, "Mançester Yunayted" Neymarı hələ "Barselona"da oynayarkən transfer etmək istəyib. İngiltərə klubunun onun üçün 500 milyon avro xərcləməyə hazır olduğu bildirilir. "Real"ın isə bu transfer üçün 400 milyon avro büdcə ayırdığı bildirilirdi. İddialara görə, PSJ də futbolçusunu belə yüksək məbləğə satmağa razıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər