Xəbər verdiyimiz kimi, ötən gün millimizin və “İnter”in futbolçusu Ruslan Abışovun toyu olub.
Futbolçumuz toyunun sabahı günü tamaşaçıların görüşünə gəlib.
"Xəzər TV"də yayımlanan "5/5" verilişinin qonağı olan R.Abışov toyunda onu yalnız buraxmayan dostlarına və sənət əhlinə təşəkkürünü bildirib:
"Şükür Allaha, hər şey qaydasındadır. İdmançıların həyatı çox çətindir. Keçən həftə danışmışdıq ki, bu həftə sənin qonağın olacağam. Qismət bu günə imiş. Sağ olsun müğənnilərimiz gəlib toyumda iştirak etdilər".
Fanat.Az