"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi karyerasını MLS-də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Fotospor" yayıb.
Xəbərə görə, argentinalı forvard "Los Anceles Qelaksi" klubuna keçmək variantını götür-qoy edir. Yazılanlara inansaq, təcrübəli hücumçunun həyat yoldaşı Vanda Nara Hollivuda yaxın olmaq istəyir və məhz bu məqam İkardi üçün olduqca önəmlidir.
Qeyd edək ki, Mauro cari mövsüm "Qalatasaray" forması ilə Super Liqada 21 rəsmi maçtda 13 qol və 6 məhsuldar ötürmə edib.
Nahid Məmmədov