İdmanda təsirli anlar: qol vurmaqdan imtina etdi

İdmanda təsirli anlar: qol vurmaqdan imtina etdi

Tarixə düşən təsirli anlar hər bir sahədə olduğu kimi idmanda da mövcuddur.

Fanat.Az idman dünyasında baş verən bir neçə təsirli hadisəni təqdim edir:

Afroamerikalı atlet Cessi Ouens (Jesse Owens) Hitler Almaniyası dövründə 4 qızıl qazanır

Berlində keçirilən Olimpiya Oyunları nasistlər tərəfindən Arilərin  nə qədər möhtəşəm idmançılar olduğunu sübut etmək üçün düşünülmüşdü. Lakin onların planı afroamerikalı ABŞ təmsilçisi tərəfindən alt-üst olur.

İdmanda təsirli anlar: qol vurmaqdan imtina etdi O, qaçış üzrə (100 və 200 metr, estafet 4 x 100 metr) üç, uzunluğa tullanmada bir qızıl medal əldə edir. Bu hadisədən hiddətlənən Hitler idmançının əlini sıxmaqdan imtina etmişdi.

Futbolçu Paolo Di Kanio (Paolo Di Canio) qol vurmaqdan vaz keçir

Sabiq italiyalı futbolçu Di Kanio tez-tez məşqçi ilə dalaşan, penalti zərbəsini yerinə yetirməyə görə komanda yoldaşları ilə mübahisə edən, çılğın bir futbolçu olaraq tanınırdı. Amma İPL oyunlarından birində gözlənilmədən xüsusi bir jestə görə milyonlarla futbol azarkeşinin hörmətini qazandı.

16 dekabr 2000-ci ildə "Everton" klubuna qarşı keçirdiyi oyunda hesab 1:1 idi. Di Kanio topu boş qapıdan keçirərək komandasınını qələbə qolunu vura bilərdi. Lakin qapıçının zədələndiyini görən futbolçu topu əlinə alıb oyunun dayanmasını tələb etdi. 

İdmanda təsirli anlar: qol vurmaqdan imtina etdi

Bu hadisə uzun illər futbol azarkeşlərinin yadında qaldı və "fair play" nümunəsi olaraq tarixə düşdü.

Həmin maraqlı anın videogörüntünü təqdim edirik: 

 

Ölümcül xəstəliklə məcburiyyətdən karyerasını davam etdirən boksçu

24 yaşlı amerikalı boksçu Billi Miskedə (Billy Miske) ölümcül böyrək xəstəliyinin olduğu məlum olur. Çarəsizlikdən avtomobil biznesinə başlayan boksçu qısa bir zamanda müflis olur. Billinin, o zamanlar üçün yüksək məbləğ sayılan 100 min dollar borcu yaranır. Bu pulu geri qaytarmaq üçün boksçu yenidən rinqə qayıtmaq məcburiyyətində qalır.

İdmanda təsirli anlar: qol vurmaqdan imtina etdi Miske ölümcül xəstəlik diaqnozu ilə 30 döyüş keçirir və borclarının böyük bir hissəsini ödəyir. Qazandığı son pul mükafatına isə həyat yoldaşına royal hədiyyə edir.  Bir neçə gündən sonra Billi dünyasını dəyişir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər