İddiaçılar Turniri: Teymur Rəcəbovdan dördüncü "sülh"

İddiaçılar Turniri: Teymur Rəcəbovdan dördüncü "sülh"

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster V turda ağ fiqurlarla çinli Dinq Liren ilə üz-üzə gəlib. Rəcəbov FIDE reytinqinin ikincisi ilə matçın 50-ci gedişində "sülh bağlayıb".

Teymur I, III, lV turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca, FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi və polşalı Yan-Kşiştof Duda ilə heç-heçəyə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Təcrübəli şahmatçı hazırda 2 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 3,5 xala sahib Yan Nepomnyaşidir.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri V tur

Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) 0,5:0,5 Fabiano Karuana (ABŞ) - Rixard Rapport (Macarıstan) 0,5:0,5 Alireza Firuzca (Fransa) - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5 Hikaru Nakamura (ABŞ) - Yan Nepomnyaşi (FIDE) 0,5:0,5

Xal durumu: Nepomnyaşi - 3,5, Karuana - 3, Duda, Rapport, Nakamura - 2,5 Liren, Rəcəbov, Firuzca 2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər